Cüdoçularımız dünya çempionatında 7 medal qazanıb

Cüdoçularımız dünya çempionatında 7 medal qazanıb
  15 Oktyabr 2019    Oxunub:2045
Mərakeşdə usta cüdoçular arasında keçirilən dünya çempionatında uğurla çıxış edən Azərbaycan milli komandasının üzvləri Vətənə dönüblər.
Azvision.az Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda veteran cüdoçuların qarşılanma mərasimi olub. Milli komandamızın üzvlərini ictimaiyyət nümayəndələri, idmançılar, federasiya rəsmiləri və mətbuat nümayəndələri qarşılayıblar.

Qeyd edək ki, Mərakeşdə usta cüdoçular arasında keçirilən dünya çempionatında təmsil edən veteran cüdoçular Rəsul Səlimov (M-2, 90 kq), Elxan Rəcəbli (M-2, 100 kq, M-7, 90 kq), Mübariz Cəfərov (M-4, 81 kq), Məmməd Məmmədov (M-1, 73 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar. M-2 kateqoriyası üzrə 66 kiloqram çəki dərəcəsində yarışan cüdoçumuz Vüqar Babayev yalnız finalda uduzaraq dünya çempionatının gümüş medalına layiq görülüb. Müşfiq Cəfərov (M-5, 73 kq) isə dünya çempionatının bürünc medalını qazanıb.

Azvision.az



Teqlər: Mərakeş   Dünya-Çempionatı   Cüdo  





Xəbər lenti