Milli Məclis işçilərinin də maaşı artırılıb

Milli Məclis işçilərinin də maaşı artırılıb
  11 Dekabr 2013    Oxunub:1257
Dövlət qulluğu kateqoriyasına aid olan şəxslər, o cümlədən, Milli Məclis işçilərinin maaşı 20 faiz qaldırılıb.

Bunu AzVision.az-a açıqlamasında millət vəkili Zahid Oruc bildirib. Deputatın sözlərinə görə, dövlət qulluqçularının maaşının artırılması ilə bağlı sərəncamdan sonra parlamentdə çalışan işçilərin, deputatın sürücülərinin də əməkhaqları artırılıb.

“ Dövlət qulluqçularının maaşının qaldırılması Milli Məclis aparatında çalışan işçilərə, hətta parlamentdə ən aşağı maaş alan sürücülərə də tətbiq olunub. Hər kəsin bilməyi gərəkdir ki, burada sürücülər 200 manata yaxın maaş alırdı. Bəzən Parlamenti hər bir hərəkətinə görə tənqid etməyə meyilli olanlar unutmasınlar ki, burada da çalışanlar insanlardır. Onlar müxtəlif xarici ölkə təmsilçilərinin Azərbaycana gəlişi zamanı, müxtəlif işləri yerinə yetirirlər, hər hansı zəhmətə qatlaşırlar, o cümlədən parlamentarilər. Ona görə də bu məsələni əlahiddə qarşılamağı yalnış sayıram”.

Millət vəkili əlavə edib ki, əhalinin digər təbəqələrinin də maaşı gözlənilən ola bilər:

“Zənn edirəm ki, bundan sonrakı dövrdə ahalinin digər kateqoriyaları üçün də bu addımlar atılacaq. Xüsusilə də benzinin qiymətinin bahalaşması fonunda onun ərzaq məhsullarına, digər xidmət sahəsinə vurduğu ziyanının qarşısını almaq üçün bu addım atılmalıdır. Əhalinin digər kateqoriyası üçün belə bir addım atılacaq ki, hakimiyyətin hər hansı qolunun maaşlarının, müavinətlərinin artırılması mənfi fikirlər doğurmasın, anlayışla qarşılansın”.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti