Viste-spiker: “Maaşların artırılması normal haldır”

Viste-spiker: “Maaşların artırılması normal haldır”
  11 Dekabr 2013    Oxunub:1127
Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov deputatların əməkhaqlarının artırılmasına münasibət bildirib.

AzVision.az xəbər verir ki, Z.Əsgərov millət vəkillərinin maaşlarının artımının adi hal olduğunu deyib.

“Burda qeyri-adi bir şey görmürəm. Bilirsiniz ki, bundan öncədə qalxmışdı. Hesab edirəm ki, bu normal məsələdir. Bunu nə iləsə əlaqələndirmək heç bir yeri yoxdur”.

Viste-spiker daha sonra Siyasi partiyalar və QHT-lər haqında qanuna edilən dəyişikliklərdən söz açaraq bunun konstitusiyaya uyğun şəkildə həyata keçirildiyini qeyd edib.

“Siyasi partiyalar və QHT-lər haqqında qanunlara edilən dəyişikliklər Azərbaycan konstitusiyasında və digər qanunlara uyğun şəkildə həyata keçirilir. Normal dəyişikliklərdir”.

Fatimə Kərimli



Teqlər:  





Xəbər lenti