Sabah sulu qar yağacaq

Sabah sulu qar yağacaq
  11 Dekabr 2013    Oxunub:1109
Sabah Azərbaycan ərazisində hava şəraiti soyuq və küləkli keçəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 12-də hava şəraiti soyuq və arabir yağıntılı olacaq. Arabir güclü şimal küləyi əsəcək, yarımadanın bəzi yerlərində yağıntının sulu qara keçəcəyi ehtimalı var.

Gecə və gündüz 0-3 dərəcə isti olacaq.

Rayonlarda dekabrın 12-də hava yağıntılı olacaq, bəzi yerlərdə sulu qar və qar yağacaq. Ayrı-ayrı rayonlarda yağıntının intensivləşəcəyi ehtimalı var. Qərb küləyi arabir güclənəcək. Aran rayonlarında havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə şaxta, bəzi yerlərdə 18 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta gözlənilir.



Teqlər:





Xəbər lenti