Vitse-spiker Türkiyənin `Qarabağ planı`ndan danışdı

Vitse-spiker Türkiyənin `Qarabağ planı`ndan danışdı
  11 Dekabr 2013    Oxunub:1035
“Qarabağ məsələsinin həllinə təsir göstərəcək bir neçə amillər var. Bunu vasitəçilər, müşahidəçilər və analitiklər də hər zaman qeyd edirlər. Bunların arasında əhəmiyyətli yerlərdən birini Türkiyə-Azərbaycan, Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan münasibətləri tutur”.

AzVision.az-ın verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin vitse-spikeri, millət vəkili Bahar Muradova Türkiyənin Qarabağ münaqişəsindəki rolundan danışarkən deyib:

“Əlbəttə ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını hədəf kimi seçənlər bunun Azərbaycan-Türkiyə və Azərbaycan-Ermənistan münasibətlərindən keçdiyini hər zaman gözə almalıdırlar. Bu nəzərə alınmadığı təqdirdə isə hər hansı bir layihə fiaskoya uğrayır. Bu mənada mən bu münasibətləri təsirli vasitə hesab edirəm. Bu gün Türkiyə-Ermənistan münasibətlərinin qarşıdakı 2015-ci ili hədəf götürərək normallaşmasını istəyənlər, əlbəttə ki, bu amilə də təsir göstərəcək biləcək hərəkətləri də paralel aparmalıdırlar. Bu belə olmadığı təqdirdə, yenə də Türkiyə-Ermənistan münasibətlərinin normalaşacağına az ümid edirəm”.

B.Muradova Türkiyənin yeritdiyi siyasətdən danışarkən bildirib ki, rəsmi Ankaranına açıqladığı mövqe ondan ibarətdir ki, münasibətlərin normallaşması Azərbaycan ərazilərindən qoşunların çıxarılması və ərazilərin azad olunmasından başlayır:

“Ona görə də, bu təmaslara normal baxırıq və bəzilərinin münasibətlərin olmaması ilə bağlı dediyi fikirləri bölüşmürəm. Əksinə, hesab edirəm ki, danışmamaqdansa, danışmaq, qarşılıqlı səfər etmək və ortada olan problemli məsələlərin aradan qaldırmağın yolunu birgə düşünmək və hər tərəfin mövqeyini öyrənməyə böyük ehtiyac var. Bu münasibətlərin normallaşması Ermənistan qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasından başlamalıdır. Əhməd Davudoğlunun səfərində də Qarabağ məsələsi gündəmdə olacaq”.


Teqlər:  





Xəbər lenti