Prezidentlər təkbətək görüşdü

Prezidentlər təkbətək görüşdü
  13 Mart 2013    Oxunub:837
Azərbaycan prezidenti İlham Əliyevin və Monteneqro Prezidenti Filip Vuyanoviçin Çetinye şəhərindəki prezident iqamətgahında təkbətək görüşü olub.
Görüşdə iki ölkə arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin uğurlu inkişafından məmnunluq ifadə edilib.

Dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlərin əlaqələrimizin genişləndirilməsi baxımından önəmli olduğunun vurğulandığı görüşdə Azərbaycan prezidenti İlham Əliyevin bu səfərinin əlaqələrin möhkəmlənməsi işinə xidmət edəcəyinə əminlik bildirilib.

Azərbaycan ilə Monteneqro arasında ikitərəfli münasibətlərin bundan sonra da inkişaf edəcəyinin vurğulandığı görüşdə beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Teqlər:  





Xəbər lenti