Körpüdə bomba xəbərdarlığı

Körpüdə bomba xəbərdarlığı
  11 Dekabr 2013    Oxunub:1140
Daxili İşlər Nazirliyi Azərbaycanda körpüyə bomba qoyulması barədə məlumat yayıb.
AzVision.az nazirliyin saytına istinadən xəbər verir ki, dekabrın 10-u saat 23.32-də naməlum şəxs Fövqəladə Hallar Nazirliyinin 112 xidmətinə zəng edərək Balakən rayonu ərazisindəki körpünün altına bomba qoymasını bildirib.

Dərhal müvafiq tədbirlər görülüb, məlumat təsdiqini tapmayıb.

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılmış araşdırmalar nəticəsində məlumatın Sarıbulaq kənd sakini, əqli və fiziki cəhətdən qüsurlu olan Anar Osmanov tərəfindən verilməsi müəyyən edilib və o, saxlanılıb.


Teqlər:





Xəbər lenti