ATƏT azərbaycanlı hakimlərə təlim keçdi
ATƏT-in Bakı Ofisinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, təlim kursunun məqsədi çirkli pulların yuyulması və terrorizmin maliyyələşməsinə qarşı mübarizə üzrə məhkəmə təcrübələri əsasında yaradılmış hüquqla yanaşı ATƏT-ə üzv olan dövlətlərin faydalı təcrübələri ilə hakimləri tanış etmək, eləcə də müvafiq beynəlxalq hüquqi bazaya dair onların bilik və bacarıqlarını artırmaq olub.
“ATƏT-in Bakı Ofisində keçirilən əvvəlki təlim seminarları çirkli pulların yuyulmasına dair cinayətlərin mühakiməsi və təhqiqi üzrə prokuror və hakimlərin bilik və bacarığını artırmağa kömək edib,”ATƏT-in Bakı Ofisinin İqtisadiyyat və Ətraf Mühit şöbəsinin rəhbəri, Emmanuel Huntzinger bildirib. “Son təlim kursu üzrə əldə edilən müsbət rəyə və Məhkəmə-Hüquq Şurası ilə davam edən danışıqlara əsasən, Ofisimiz bu fəaliyyəti davam etdirməyi qərara alıb.”
Beynəlxalq mütəxəssis professor Ari-Matti Nuutillanın keçirdiyi təlim kursunda beynəlxalq norma və standartların mövcud cinayət qanunvericiliyinə tətbiq olunmasına xüsusi diqqət ayrılıb. İştirakçılar həmçinin Almaniyada mövcud məhkəmə işləri üzrə interaktiv seminarda iştirak edib.
Teqlər: