Geniş tərkibli görüş keçirildi

Geniş tərkibli görüş keçirildi
  13 Mart 2013    Oxunub:1371
Azərbaycan və Monteneqro prezidentlərinin geniş tərkibdə görüşü olub.
Martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Monteneqro Respublikasının Prezidenti Filip Vuyanoviçin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Görüşdə Azərbaycan ilə Monteneqro arasında dostluq əlaqələrinin inkişafından məmnunluq ifadə olundu, ölkələrimizdə həyata keçiriləcək birgə iqtisadi layihələrin əhəmiyyəti qeyd edildi.

Azərbaycanın Monteneqroda müxtəlif istiqamətlər üzrə birgə iqtisadi layihələrin reallaşdırılması perspektivləri baxımından bu səfərin önəmi vurğulandı. Ölkəmizin Monteneqroya investisiya qoyuluşunun iqtisadi sahədə əməkdaşlığımızın genişləndirilməsi baxımından əhəmiyyəti qeyd edildi.

Energetika, turizm, infrastruktur və digər sahələrdə əməkdaşlığımızın yaxşı potensialı olduğunun vurğulandığı görüşdə əlaqələrimizin bundan sonra da genişləndiriləcəyinə əminlik bildirildi.


Teqlər:  





Xəbər lenti