Güləşçilərimiz Hərbçilərin Dünya Oyunlarında mübarizə aparacaq

Güləşçilərimiz Hərbçilərin Dünya Oyunlarında mübarizə aparacaq
  19 Oktyabr 2019    Oxunub:1633
Çinin Uxan şəhərində Hərbçilərin VII Dünya Oyunları start götürüb.
Azvision.az xəbər verir ki, 109 ölkədən 9300 hərbçinin 27 növdə mübarizə aparacağı Oyunların proqramında güləş də yer alıb. Oktyabrın 21-dən 24-dək güləşin hər növündə 4 olimpiya çəkisi üzrə mübarizə baş tutacaq.

Yarışda ölkəmizi sərbəst güləşdə Mahir Əmiraslanovla (57 kq) Ağahüseyn Mustafayev (74 kq), yunan-Roma güləşində Murad Bazarov (60 kq), Mikayıl Rəhmanov (67 kq), Həsən Əliyev (77 kq) və Rafiq Hüseynov (87 kq), qadın güləşində isə Tatyana Varansova (53 kq) təmsil edəcək.

Onlar yığmalarımızın məşqçiləri Nazim Əlicanov və Taleh İsrafilovun rəhbərliyi altında yarışacaq.

Azvision.az



Teqlər: Güləş   Yarış  





Xəbər lenti