Ağır atletlərimiz mübarizə qoşulub

Ağır atletlərimiz mübarizə qoşulub
  20 Oktyabr 2019    Oxunub:1739
Oktyabrın 17-dən 27-dək Rumıniyanın paytaxtı Buxarestdə keçirilən yaş 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyinə start verilib.
Azərbaycan Ağır Atletika Federasiyasından Azvision.az -a verilən məlumata görə, 2020-ci il Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli daşıyan yarışda 41 ölkədən 488 atlet (206 qadın və 282 kişi) iştirak edir.

Medallar uğrunda mübarizəyə Azərbaycan yığma komandasının üzvləri də qoşulublar. Bu gün onlardan ilk olaraq Mərziyyə Məhərrəmova körpücük üzərinə çıxıb. O, yaşı 23-ə qədər olan atletlərin 49 kq çəki dərəcəsində qüvvəsini sınayıb. Azərbaycan idmançısı toplam 146 kq (66+80) nəticə ilə bu çəki dərəcəsində 4-cü yeri tutub.

Azvision.az


Teqlər: Ağır-atletika  





Xəbər lenti