Qadın cüdoçularımız Sloveniyada 6 medal qazanıb

Qadın cüdoçularımız Sloveniyada 6 medal qazanıb
  20 Oktyabr 2019    Oxunub:2011
Sloveniyanın Qradeç şəhərində cüdo üzrə "Koroşka" açıq beynəlxalq turnir keçirilib. Yarışda ölkəmizin qadın cüdoçuları da iştirak ediblər.
Azvision.az xəbər verir ki, 40 kiloqram çəki dərəcəsində yarışan Aydan Vəliyeva və 52 kiloqram çəki dərəcəsində mübarizə aparan Səbinə Əliyeva bütün rəqiblərinə qalib gələrək turnirin qalibi olublar. Digər təmsilçilərimiz Nigar Şahməmmədova (44 kq), Zeynəb Məmmədova (52 kq), Aytac Qardaşxanlı (57 kq) gümüş, Nərmin Əmirli (+70 kq) isə bürünc medal qazanıblar.

Qeyd edək ki, Sloveniya yarışında 23 ölkədən 530 cüdoçu mübarizə aparıb.

Azvision.az



Teqlər: Cüdo  





Xəbər lenti