Səbinə Əzimova Avropa birinciliyində bürünc qazandı
Medallar uğrunda mübarizəyə Azərbaycan yığma komandasının üzvləri də qoşulurlar.
Bu gün onlardan daha biri - Səbinə Əzimova körpücük üzərinə çıxıb. O, yaşı 20-yə qədər olan atletlərin 55 kq çəki dərəcəsində qüvvəsini sınayıb. İdmançımız birdən qaldırma hərəkətində 80 kq nəticə ilə 5-ci olub.
Səbinə təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edib. O, 105 kq nəticə ilə bu hərəkətdə Avropa birinciliyinin bürünc medalına sahib çıxıb.
Yeniyetmələr arasında Avropa birinciliyinin üç qat qalibi olan Əzimova, ötən il Polşanın Zamots şəhərində keçirilən gənclər arasında Avropa birinciliyində 100 kq nəticə ilə təkanla qaldırma hərəkətində gümüş medal qazanmışdı. Bu gün əldə edilən medal gənc ağır atletimizin son bir ildə ikinci medalı oldu.
Toplam 185 kq (80+105) nəticə ilə Səbinə Əzimova yekun sıralamada 4-cü yeri tutub.
Azvision.az
Teqlər: