Güləşçilərimiz Rusiyada iki medal qazanıblar

Güləşçilərimiz Rusiyada iki medal qazanıblar
  21 Oktyabr 2019    Oxunub:1502
Rusiyanın Kemerovo şəhərində sərbəst güləş üzrə “Şaxtaçı şöhrəti” beynəlxalq turniri keçirilib. Yarışda çıxış edən iki güləşçimiz fəxri kürsüyə qalxıb.
Azvision.az Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, yalnız finalda Qırğızıstan təmsilçisinə məğlub olan İsmayıl Abdullayev (74 kq) gümüş medalı boynundan asıb. Gənclər arasında Avropa üçüncüsü İslam Abuyev (125 kq) isə bürünc medala sahib çıxıb.

Azvision.az



Teqlər: Güləş  





Xəbər lenti