AFFA iki oyunçunu futboldan uzaqlaşdırdı

 AFFA iki oyunçunu futboldan uzaqlaşdırdı
  21 Oktyabr 2019    Oxunub:1741
Bu gün AFFA İntizam Komitəsinin növbədənkənar iclası keçirilib.
AFFA-dan Azvision.az -a verilən məlumata görə, iclasda birinci divizionda çıxış edən “Ağsu” klubunun futbolçuları Elçin Həşimov və Ruslan Mirzalıyevin nəticəsi manipulyasiya olunmuş oyunlarda iştirakına görə araşdırma başa çatana qədər futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulması haqda qərar verilib.

Adıçəkilən futbolçular bir neçə görüşündə qeydə alınmış şübhəli məqamlarla əlaqədar AFFA-nın nəzində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyanın və ekspertlərin apardığı araşdırmaya, həmçinin UEFA-dan AFFA-ya daxil olan məlumatlara əsasən oyun alqı-satqısında şübhəli biliniblər.

Azvision.az


Teqlər: AFFA   Futbol  





Xəbər lenti