`300 spartalının` davamı çəkildi – VİDEO

`300 spartalının` davamı çəkildi – VİDEO
  12 Dekabr 2013    Oxunub:1291
Hollivudun “Warner Brossers Pictures” v’ “Legendary” kinokompaniyaları hadisənin özü kimi tarixə düşən “300 Spartalı” filminin davamını çəkib. “300 Spartalı” və “Polad Adam” filminin yaradıcıları tərəfindən çəkilən “300 Spartalı: imperiyanın yüksəlişi” filminin təsisçisi Frank Snayderdir.

300 Spartalıya qalib gələn Kserksin rəhbərliyi ilə yüksələn imperiyanın fars qoşunu cənuba, daha böyük Yunan şəhərlərinə doğru gedir. Yolda qarşılarına ilk çıxan Femistokolun başçılığı altında güclü donanması ilə məşhur olan Afina şəhəridir. Bu dəfə filmin sujet xəttində Yunan və Sparta ilə bərabər Fars İmperiyası daxili baş verən hadisələr də cərəyan edir. İnanırıq ki, bu dəfə də Spartalı Leonidin fars elçisinə atdığı təpik kadrı kimi bu film də yadda qalan kadrlar olacaq. Amma hələlik onu deyə bilərik ki, bu dəfə də yaradıcılar yüksək 3d effektlərə böyük önəm verib.

Film 2d və 3d formatında mart ayında vizyona çıxacaq.




Teqlər:





Xəbər lenti