Yol polisindən sürücülərə qar XƏBƏRDARLIĞI

Yol polisindən sürücülərə qar XƏBƏRDARLIĞI
  12 Dekabr 2013    Oxunub:1553
Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi qarlı hava şəraiti ilə əlaqədar sürücülərə xəbərdarlıq edib.
Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov AzVision.az-a açıqlamasında sürücüləri diqqətli olmağa çağırıb. O, bildirib ki, qarlı, anomal hava şəraitində sürücülər təkərlərdə təzyiqin normadan aşağı olmasına fikir verməlidirlər və mövsümi təkərlərin olması vacib şərtdir.

V.Əsədovun sözlərinə görə, avtomobil əyləc sistemindən mümkün qədər istifadə etməməklə sürət qutusunun köməyi ilə hərəkətə gətirilməlidir.

V.Əsədov sürücülərə avtomobili yüksək sürətlə idarə etməməyi tövsiyə edib: “Şüşəsiləni işlək olmayan avtomobillərlə yola çıxmasın, ətrafdakıları yağış suları ilə islatmasınlar”.

Yol polisi sürücüləri şəxsi nəqliyyat vasitəsindən istifadə etməməyə, ictimai nəqliyyatdan istifadəyə üstünlük verməyə və ehtiyatlı olmağa çağırıb.

Sevinc


Teqlər:





Xəbər lenti