Mədət Quliyev: “Bir məhkum belə xəsarət almadı”
“Saat 15:00-də Penitensiar Xidmətin müalicə müssəssində narkoloji korpusda tibb bacısı tefal avadanlığını axşam yanıqlı halda qoyub və qısa qapanmadan yanğın olub. Saat 15:15-də bizə xəbər verildi, qısa zamanda şəxsi heyətimiz səfərbər oldu və fəsadları aradan qaldırıldı.
Təbii ki, vaxtilə Ədliyyə Nazirliyinin yanğınla əlaqədar xüsusi göstərişləri olub, mənim də əmrim olub yerlərdə. Sadəcə bu bir nəfərin yadından çıxmış məsələdir və bizim tərəfdən fasadlar aradan qaldırıldı. Düzgün atılmış addımların nəticəsi olaraq da, bir nəfər də olsa orada müalicə alan xəstə məhkumlardan heç biri xəsarət almayıb”.
Fatimə Kərimli