“Məhkumların qayğısına qalırıq” - GENERAL

“Məhkumların qayğısına qalırıq” - GENERAL
  12 Dekabr 2013    Oxunub:1360
“Dünyanın heç bir ölkəsində bugünki gündə 10 cəzaçəkmə müəssisəsi tikilməyib”.
AzVision.az-ın verdiyi məlumata görə, bunu Ədliyyə nazirinin müavini, Penitensiar xidmətinin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev jurnalistlərə verdiyi açıqlamada deyib. O, bildirib ki, Azərbaycanda artıq 3 müasir cəzaçəkmə müəssisəsi tikilib:

“Mən 20 gün bundan öncə Rusiyada müşavirədə idim. Oradakı çıxışımda dedim ki, Azərbaycanda artıq 10 cəzaçəkmə müəssisələri tikilir. Dünyadan gələn cəzaçəkmə müəssisələrinin rəhbərləri də təəccübləndilər ki, dünyanın heç bir yerində məhkumların qayğısında bu qədər qalan prezident yoxdur”.

M.Quliyev qadınların üçün tikilən yeni cəzaçəkmə müəssisələri məsələsinə də aydınlıq gətirib. O, bildirib ki, artıq Bakının Sabunçu rayonunda artıq yeni qadın cəzaçəkmə müəssisəsinin tikintisi gedir və yaxın vaxtlarda da müəssisənin tikintisi başa çatacaq.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti