BQXK: Əsir və girovların dəyişdirilməsi üçün səylər göstərilir
Nazir Elmar Məmmədyarov BQXK-nın humanitar sahədə Azərbaycanın əsas tərəfdaşlarından olduğunu qeyd edərək, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kontekstində BQXK-nın fəaliyyətinin Azərbaycan tərəfindən müsbət qiymətləndirildiyini diqqətə çatdırıb. Bu xüsusda nazir, saxlanılan əsir-girovların “hamının-hamıya” prinsipi əsasında azad olunması məsələsinə toxunaraq, bu məsələnin öz həllini tapması üçün səylərin davam etdirilməsinin vacibliyini ön plana çəkib.
Peter Maurer öz növbəsində BQXK tərəfindən davamlı səylərin göstərildiyini qeyd edərək, təmsil etdiyi qurum tərəfindən bu istiqamətdə aparılan işlər barəsində məlumat verib.
Sonra BQXK-nin prezidenti Qoşulmama Hərəkatının Zirvə Görüşünə dəvət edilməsinə görə təşəkkürünü bildirərək, BQXK-nin Azərbaycan ilə humanitar sahədə əməkdaşlıq etməyə daim hazır olduğunu dilə gətirib.
Azvision.az