AMADA-nın direktoru Avropa Şurasının məruzəçisi seçildi
Avropa Şurasının hökumətlərarası orqanları və digər strukturları çərçivəsində təyin edilən gender bərabərliyi üzrə məruzəçilər tərkibində olduqları müvafiq orqan və ya strukturun işinə, siyasətinə, proqram və fəaliyyətlərinə gender bərabərliyi konsepsiyasının daxil edilməsi yollarının müəyyənləşdirilməsi istiqamətində fəaliyyət göstərirlər. Ş.Hüseynli CAHAMA-nın işində gender bərabərliyi prinsiplərinin tədbiq edilməsi üzərində işləyəcək.
“Antidopinq təşkilatlarının başlıca məqsədi ədalətli idman və bütün idmançılar üçün bərabər hüquqlar, imkanlar naminə mübarizədən ibarətdir. Gender tarazlığını təmin etmədən bu məqsədə nail olmaq mümkün deyil. Kişilər və qadınlar arasında mövcud olan bərabərsizlik problemi idman dünyası üçün də aktualdır“, - Ş.Hüseynli iclasda çıxış edərək bildirib.
2019-cu ilin mayında Ş.Hüseynli Avropa Şurasının “idmançıların ədalət mühakiməsinə maneəsiz çıxışının təmin edilməsi” üzrə xüsusi işçi qrupunun sədr müavini seçilib. Qrupun əsas məqsədi antidopinq qaydalarının tətbiqi zamanı idmançıların hüquqlarının səmərəli müdafiəsi və onların ədalət mühakiməsinə maneəsiz çıxışının təmin edilməsidir. Bu müddət ərzində Azərbaycan tərəfi dopinqə qarşı mübarizə zamanı insan hüquqlarının qorunması sahəsində bir sıra tədbir həyata keçirib və bir sıra təklif irəli sürüb.
Avropa Şurasının Antidopinq Konvensiyası 1989-cu ildə qəbul edilib. Azərbaycan bu sənədi 2002-ci ildə imzalayıb.
Azvision.az