Nazir müavini Əli İnsanovdan danışdı

Nazir müavini Əli İnsanovdan danışdı
  12 Dekabr 2013    Oxunub:1323
“Əli İnsanovun vəkili özü yazmışdı ki, saxlanma şəraitindən heç bir şikayəti yoxdur”.
AzVision.az xəbər verir ki, bu sözləri jurnalistlərə Ədliyyə nazirinin müavini, Penitensiar xidmətinin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev deyib.

O, vurğulayıb ki, Penitensiar xidmətdə hər bir məhkuma dövlət rəhbəri tərəfindən xüsusi qayğı var:

“Onun nəticəsidir ki, seçkilərdə də 97 faiz məhkumumuz seçkilərdə iştirak etdi və onların 91 faizi möhtərəm prezidentimizə səs verdi. Cəzaçəkmə müəssisəsində hamının tanışı, qohumu var. Məhkumlar bəziləri nəğmə oxuya-oxuya Heydər Əliyev siyasətinin Azərbaycanda yürüdülməsindən razıdır. Onun nümunəsi kimi möhtərəm prezidentimizə səs verdilər”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti