Sumqayıtdakı atışmanın səbəbi məlum oldu
Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, ötən gecə baş verən atışmada polis tərəf olmayıb. Silahlı insident radikal dini qruplaşma üzvü olduğu ehtimal edilən iki tərəf arasında baş verib. Hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olan kimi dərhal əraziyə əməliyyat qrupu çıxıb.
Hadisə zamanı yaralananlar xəstəxanaya yerləşdirilib, silahlı insidentin bir neçə iştirakçısı isə saxlanılıb.
Hazırda baş vermiş hadisə ilə bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
AzVision.az
Teqlər: