AZAL təyyarə reyslərini təxirə salmayıb - AÇIQLAMA

AZAL təyyarə reyslərini təxirə salmayıb - AÇIQLAMA
  12 Dekabr 2013    Oxunub:1280
“Bu gün reyslərdə heç bir təxirə salınma olmayıb”.
Bunu AzVision.az-a açıqlamasında AZAL-ın mətbuat katibi Məhərrəm Səfərli deyib. Onun sözlərinə görə, bu gün heç bir reys təxirə salınmayıb:

“Bütün uçuşlar qrafik üzrə hərəkət edir. Heç bir uçuş təxirə salınmayıb”-deyə, M.Səfərli qeyd edib.

Qeyd edək ki, bu gün Türk Hava Yolları kəskin hava şəraiti ilə bağlı Bakı və eləcə də digər şəhərlərə uçuşları təxirə salıb.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti