Bakıda sabah da qar yağacaq - HAVA

Bakıda sabah da qar yağacaq - HAVA
  12 Dekabr 2013    Oxunub:1163
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında dekabrın 13-də hava şəraitinin əsasən gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi səhər və gündüz mülayimləşəcək.

Havanın temperaturunun gecə 0-4 dərəcə şaxta, gündüz 2-4 dərəcə isti olacağı gözlənilir. Gecə və səhər yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında dekabrın 13-də hava şəraitinin fasilələrlə yağıntılı olacağı, qar yağacağı, gündüz yağıntının tədricən kəsiləcəyi, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Yollar buz bağlayacaq, mülayim qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti, dağlarda gecə 10-15, yüksək dağlıq ərazilərdə 18-23, gündüz 2-7 dərəcə şaxta olacağı gözlənilir.

Yaxın iki gündə Bakıda və Abşeron yarımadasında soyuq, qeyri-sabit hava şəraiti meteohəssas insanlar üçün əlverişsizdir.

AzVision.az


Teqlər:  





Xəbər lenti