Millət vəkilindən Heydər Əliyevlə bağlı mistik yozum
Sahib Alıyev bildirir ki, Numerologiya elmində 12 başlanığış deməkdir: “12 həm də fədakarlığın, özünü qurban vermənin rəmzidir: “Ulu Öndərin dünyasını dekabrın 12-də dəyişməsinin səbəbi də budur. Bu bir daha onun fədakar, missiya daşıyıcısı və Tanrının sevimlisi olmasının təsdiqi idi. Özü də demirdimi, “Məni Allah qoruyur”. On il bundan öncə, dekabrın 12-də Heydər Əliyevin daha qorunmağa ehtiyacı olmadı. Çünki Qoruyanın Dərgahında idi. Nə xoş ki, Dərgah Yiyəsi sevimlisinin yerini də boş qoymadı. Hələ 42 il öncədən hazırlıq görülmüşdü. Az öncə bildirdik, numeralogiya elminə görə, 12 başlanğıc deməkdir. Amma başlanğıcın yenidən təkrarlanması üçün daha bir 12-ə ehtiyac duyulur. Baxın, gün 12 saatdan ibarətdir, sutka isə 24. Yəni yeni sabahın açılması üçün 24 saat tələb olunur. Ulu öndərin dünyasını dəyişməsindən 42 il öncə, dekabrın 12-dən daha 12 gün keçmiş, yəni 24-də yeni bir lider dünyaya gəlmişdi. Bu onun oğlu idi - İlham Əliyev”.
AzVision.az