Cüdoçumuz “Böyük dəbilqə”də finala yüksəldi

Cüdoçumuz “Böyük dəbilqə”də finala yüksəldi
  26 Oktyabr 2019    Oxunub:1662
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən “Böyük dəbilqə” turnirində cüdoçumuz Zelim Kotsoyev finala yüksəlib.
Azvision.az xəbər verir ki, turnirdə 100 kiloqram çəki dərəcəsində mübarizə aparan Z.Kotsoyev bütün rəqiblərini məğlub edərək finala vəsiqə qazanıb. İdmançımız qızıl medal uğrunda görüşdə koreyalı Guham Cho ilə gücünü sınayacaq.

Qeyd edək ki, “Böyük dəbilqə” turnirinə oktyabrın 26-da yekun vurulacaq.

Azvision.az



Teqlər: Cüdo   Yarış   Final  





Xəbər lenti