Cüdoçumuz “Böyük dəbilqə”də ikinci oldu

  26 Oktyabr 2019    Oxunub : 812
Cüdoçumuz “Böyük dəbilqə”də ikinci oldu
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən “Böyük dəbilqə” turnirində cüdoçumuz Zelim Kotsoyev gümüş medal qazanıb.
Azvision.az xəbər verir ki, turnirdə 100 kiloqram çəki dərəcəsində mübarizə aparan Z.Kotsoyev bütün rəqiblərini məğlub edərək finala vəsiqə qazanıb.

İdmançımız qızıl medal uğrunda görüşdə koreyalı Guham Çoya məğlub olaraq ikinci yerlə kifayətlənib.

Azvision.az

Teqlər: Cüdo