Azərbaycan millisi Slovakiyaya qarşı

  26 Oktyabr 2019    Oxunub : 776
Azərbaycan millisi Slovakiyaya qarşı
Futzal üzrə dünya çempionatının əsas mərhələsi çərçivəsində Azərbaycan millisi bu gün Slovakiya yığması ilə qarşılaşacaq.
Azvision.az xəbər verir ki, Bakı İdman Sarayında keçiriləcək oyun saat 20:00-da başlayacaq.

Görüşün baş hakimi çexiyalı Ondrej Çernydir, ona latviyalı İngus Puriņş və almaniyalı İnqo Heemsoth kömək edəcəklər.

Qeyd edək ki, millimiz Moldova yığmasını 3:1, Monteneqronu isə 3:2 hesabı ilə məğlub edərək dünya çempionatının elit raunduna vəsiqəni təmin edib.

Azvision.az

Teqlər: Futzal   Milli   Slovakiya