Azərbaycan cüdoçuları “Böyük dəbilqə”də 3 medal qazanıb

Azərbaycan cüdoçuları “Böyük dəbilqə”də 3 medal qazanıb
  27 Oktyabr 2019    Oxunub:2742
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən “Böyük dəbilqə” turnirində Azərbaycan cüdoçuları 3 medal qazanıblar.
Azvision.az xəbər verir ki, komandamıza ilk medalı Orxan Səfərov qazandırıb. 66 kiloqram çəki dərəcəsində yarışan cüdoçumuz Almaniya, İsrail, Rusiya, Qazaxıstan və Kuba idmançılarına qalib gələrək finala çıxıb. Həlledici qarşılaşmada İtaliya təmsilçisi Manuel Lombardoya uduzan təmsilçimiz "Böyük dəbilqə"nin gümüş medalı ilə kifayətlənib.

Daha bir gümüş medalı isə yığmamızın aktivinə 100 kiloqram çəki dərəcəsində mübarizə aparan Zelim Kotsoyev yazdırıb. O, Fransa, Macarıstan, Pakistan və Türkiyə idmançılarına qalib gəlsə də, final qarşılaşmasında Koreya təmsilçisi Ço Quhama məğlub olaraq ikinci yerdə qərarlaşıb.

Ağır çəkidə (+100 kq) isə komandamıza bürünc medalı cüdoçumuz Uşangi Kokauri qazandırıb. Təmsilçimiz Ukrayna idmançısı Aleksandr Qordiyenko ilə üçüncü yer uğrunda döyüşdə qalib gəlib. Qeyd edək ki, Azərbaycan millisi yarışda 10 kişi və 5 qadın cüdoçu ilə iştirak edib.

Azvision.az



Teqlər: Cüdo   Yarış  





Xəbər lenti