Kikboksçularımız dünya çempionatında 9 medal qazandı

Kikboksçularımız dünya çempionatında 9 medal qazandı
  27 Oktyabr 2019    Oxunub:2024
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda kikboksinqin WAKO versiyası üzrə dünya çempionatında Azərbaycan komandası 9 medal qazanıb.
Azvision.az xəbər verir ki, kikboksçularımızdan Eduard Məmmədov və Ramal Aslanov bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıblar.

Məhəmməd İmanov, Telman Məhərrəmov yalnız finalda uduzaraq gümüş medalla kifayətləniblər. Nurlan Məmmədov, Emil Hümbətov, Anar Məmmədov, Asəf Aslanov və Fuad Həşimi üçüncü pillədə qərarlaşıblar.

Azvision.az



Teqlər: Dünyaçempionatı  





Xəbər lenti