Meriya Milli Şuraya `hə` dedi

Meriya Milli Şuraya `hə` dedi
  12 Dekabr 2013    Oxunub:1450
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın dekabrın 15-ə planlaşdırılan mitinqinə icazə verib.
Bu barədə AzVision.az-a Müsavat Partiyası Divanının üzvü Tural Abbaslı deyib.

Onun sözlərinə görə, mitinqin dekabrın 15-də saat 16:00-dan saat 18:00-dək Yasamal rayonu ərazisində yerləşən keçmiş “Məhsul” stadionunda keçirilməsinə razılıq verilib.

Qeyd edək ki, Milli Şuranın müraciətində aksiya üçün 5 yer - Yasamal rayonu ərazisində yerləşən keçmiş “Məhsul” stadionu, Nəsimi rayonu 1-ci mikrorayon Asim Məhərrəmov küçəsindəki park, “Ulduz” metrostansiyası qarşısındakı Araz küçəsində park, Binəqədi rayon “Dərnəgül” metrostansiyasının dəmiryolu tərəfindəki çıxışında və Nərimanov rayonundakı Nərimanov parkı təklif olunmuşdu.

Fatimə


Teqlər:  





Xəbər lenti