Məmmədyarov Avropa İttifaqının yeni nümayəndəsini qəbul edib
Səfir Malena Mord təmsil etdiyi təşkilatın Azərbaycanı strateji tərəfdaş kimi qəbul etdiyini, Aİ-nin enerji təhlükəsizliyinin təmin edilməsində ölkəmizin oynadığı rolu yüksək qiymətləndirdiyini və müxtəlif sahələrdə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu diqqətə çatdırdı.
Azərbaycan-Aİ arasında əməkdaşlığın gələcək perspektivlərindən danışan nazir Elmar Məmmədyarov, Avro-Atlantik məkana inteqrasiyanın ölkəmizin xarici siyasətinin prioritetlərindən biri olduğunu, bununla belə Azərbaycanla Aİ arasında münasibətlərin inkişafında ölkəmizin milli maraqlarının qorunmasının əsas olduğunu qeyd etdi.
Ermənistan-Azərbaycan münaqişəsinin nizamlama prosesinə toxunan nazir Elmar Məmmədyarov, beynəlxalq təşkilatların, eləcə də Aİ-nin bu münaqişənin həllində ədalətli mövqe tutmasına və nizamlama prosesinə real töhfələr verməsinə ehtiyac olduğunu bildirdi. Nazir Ermənistan-Azərbaycan münaqişəsini region ölkələrinin inkişafı, ümumilikdə regiondaxili və regionlararası inteqrasiya üçün əsas mane olduğunu qeyd etdi.