Həbiblə Ferqyusonun döyüşünün vaxtı açıqlanıb

Həbiblə Ferqyusonun döyüşünün vaxtı açıqlanıb
  31 Oktyabr 2019    Oxunub:2198
Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəki üzrə kəmər sahibi Həbib Nurməhəmmədovla amerikalı Toni Ferqyusonun mümkün döyüşünün vaxtı açıqlanıb.
Azvision.az xəbər verir ki, bu barədə qurumun prezidenti Deyna Uayt məlumat yayıb. O, döyüşün gələn ilin mart ayında keçirləcəyini bildirib və hazırda tərəflər arasında bəzi detalların razılaşdırılması prosesinin getdiyini vurğulayıb.

Qeyd edək ki, Nurməhəmmədov indiyədək UFC-də keçirdiyi 28 döyüşün hamısında qalib gəlib. 35 yaşlı Ferqyuson isə 28 döyüşdən 25-də qələbə qazanıb, 3 dəfə məğlub olub.

Azvision.az



Teqlər: HəbibNurməhəmmədov   UFC   Döyüş  





Xəbər lenti