“Ermənilərin özləri türklərə qarşı soyqırım həyata keçirib”
Bunu Azvision.az -a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mrəkəzinin şöbə müdiri Cavid Vəliyev deyib. O bildirib ki, kim Türkiyədən ala bilməyəcəyi bir şey istəyirsə, dərhal "soyqırım" məsələsini gündəliyə gətirir:
C.Vəliyev qeyd edib ki, soyqırım hüquqi bir termdir və bir hadisənin soyqırım olub-olmamasına məhkəmə qərar verir: "Məsələn, ikinci Dünya müharibəsində yəhudilərə qarşı baş verənlərin soyqırımı olduğuna Numberq Məhkəməsi qərar verib. Bosniyada Serebrenitsada törədilən soyqırım müvafiq Beynəlxalq Tribunal tərəfindən tanınıb və günahkarlar cəzalandırılıb. Perincək məhkəməsində 2015-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsinin üst stansiya məhkəməsi 1915-ci il hadisələrinin soyqırım olduğuna dair yetərli sübut olmadığına hökm verib və bu qərar qəti qərar olduğu üçün tərəflər əməl etməlidirlər. Bu səbəbdən ermənilər hüququ yolla istədikləri nəticəni əldə edə bilmədiklərinə görə məsələni siyasiləşdirirlər. Halbuki hər hansı ölkənin parlamentinin bu hadisələrə fərqli ad verməsi və ya siyasi şəxslərin bunu məqsədli şəkildə təhrif etməsi məsələnin mahiyyətini dəyişmir. Ermənilərin məqsədi dünyada özlərini qurban kimi qələmə vermək yolu ilə Dağlıq Qarabağın işğalını leqallaşdırmaq, Xocalıda törətdikləri soyqırımı kölgələməkdir".
Elvin Abdulqədirov
Azvision.az
Teqlər: Soyqırım Türkiyə Ermənistan