Balıq təsərrüfatının inkişafına dair proqram hazırlanır

Balıq təsərrüfatının inkişafına dair proqram hazırlanır
  31 Oktyabr 2019    Oxunub:1607
Hazırda su hövzələrində istədiyimiz sayda balıq yoxdur.
Azvision.az xəbər verir ki, bunu YAP-ın qərargahında keçirilən mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev deyib. O bildirib ki, sahildə, nohurlarda balıq təsərrüfatının genişləndirilməsi böyük proqramlardan biridir.

"Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyi ilə birlikdə bu proqramın üstündə çalışırıq. Əvvəl 10 faiz balıq nohurlarda yetişdirilir, 90 faiz isə təbii yolla çaylardan, dənizlərdən tutulurdu. İndi bu tarazlaşıb. 50 faiz balıq təbii yolla yetişdirilir. Hazırda balıqların sahildə yetişdirilməsi, bazara çıxarılması prosesi gedir. Rayonlarda bir neçə mütərəqqi texnologiyalar əsasında müəssisələr fəaliyyət göstərir. Bir neçə ildən sonra balıq resurslarımızın bazarda olmasını müşahidə edəcəyik. Nohurlarda balıqların sayı artacaq".

Bu balıqlar arasındakı dad fərqinə gəlincə, nazir qeyd edib ki, balıq nə ilə qidalanırsa, onun tamını verir. "Balıqlara sağlam qida verilərsə, başqa tamlar azalacaq".

Aytən Zəhra
Azvision.az




Teqlər: ETSN   Balıq  





Xəbər lenti