İki klub Azərbaycan kubokunda iştirakdan imtina edib

  31 Oktyabr 2019    Oxunub : 771
İki klub Azərbaycan kubokunda iştirakdan imtina edib
Azərbaycan kubokunda 2019/2020-ci illər mövsümünün iştirakçı komandaları müəyyənləşib.
Azvision.az xəbər verir ki, yarışda 12 komanda - Premyer Liqanın 8 klubu ilə yanaşı, I Divizion təmsilçiləri olan “Zaqatala”, “Kəpəz”, “Ağsu” və “Qaradağ Lökbatan” mübarizə aparacaq. Bu dəfəki yarışda birinci divizion təmsilçilərindən “Turan-Tovuz” və MOİK iştirakdan imtina edib.

Püşkatma mərasimi 13 noyabr tarixdə AFFA-nın inzibati binasında keçiriləcək və saat 15:00-da başlayacaq.

Azvision.az

Teqlər: Kubok