Heydər Əliyev Stokholmda anıldı

Heydər Əliyev Stokholmda anıldı
  13 Dekabr 2013    Oxunub:1196
Stokholmda ümummilli lider Heydər Əliyevin vəfatının onuncu ildönümü ilə əlaqədar anım mərasimi keçirildi.

Stokholmda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım mərasimi keçirildi. Azərbaycanın İsveçdəki səfirliyinin təşkil etdiyi mərasimdə Türkiyənin bu ölkədəki səfirliyinin əməkdaşları, Azərbaycan və türk diaspora təşkilatlarının rəhbərləri, Stokholmda yaşayan soydaşlarımız və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Azərbaycanın İsveçdəki səfiri Adış Məmmədov mərasimi açaraq Ulu Öndərin şərəfli həyat yolu və zəngin dövlətçilik fəaliyyəti ilə bağlı geniş məlumat vermişdir. Ümummilli Liderin müstəqil Azərbaycanın meyarı kimi titanik fəaliyyətindən danışan səfir demişdir ki, Ulu Öndər böyük dövlət xadimi kimi təkcə bu günün deyil, sabahın qüdrətli Azərbaycanının inkişaf istiqamətlərini müəyyənləşdirib.

Sonra mərasimdə Qurani-Kərimdən ayələr oxunub, ehsan süfrəsi açılıb.


Teqlər:  





Xəbər lenti