Londonda Heydər Əliyev FOTOSƏRGİSİ

Londonda Heydər Əliyev FOTOSƏRGİSİ
  13 Dekabr 2013    Oxunub:1055
Azərbaycanın Böyük Britaniyadakı səfirliyində ümummilli lider Heydər Əliyevin xatirəsi anıldı.
Azərbaycanın Böyük Britaniyadakı səfirliyində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
Tədbirdə səfirliyin əməkdaşları, ölkəmizin diaspor təşkilatlarının, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Mərasim iştirakçıları əvvəlcə səfirliyin binasında Ulu Öndərin büstü önünə gül dəstələri qoyublar.

Mərasimdə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında danışdı.

Səfir müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın müdrik rəhbəri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasət barədə ətraflı məlumat verib. Xüsusi vurğulandı ki, şərəfli və mənalı ömür yolunun böyük hissəsini ölkəmizin rəhbəri kimi xalqının tərəqqisinə həsr etmiş ulu öndər Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını yaradıb, xalqı həqiqi müstəqilliyə qovuşduraraq ictimai şüurda əbədiyaşarlıq hüququ qazanıb.

Birləşmiş Krallıq ilə Azərbaycan arasındakı münasibətlərin əsasının qoyulmasının Ulu öndərin adı ilə bağlı olduğu diqqətə çatdırıldı.

Diplomat Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasət, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində gördüyü işlər, o cümlədən son dövrlər ölkəmizdə bir çox layihələrin həyata keçirilməsi haqqında məlumat verib.

F.Qurbanov ümummilli liderin əziz xatirəsinin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını vurğuladı.

Tədbirdə ümummilli lider Heydər Əliyevin ömür yolundan bəhs edən fotosərgi nümayiş etdirilib.

Qalereya




Teqlər:





Xəbər lenti