Azərbaycan derbisində qalib müəyyənləşmədi

Azərbaycan derbisində qalib müəyyənləşmədi
  02 Noyabr 2019    Oxunub:2150
Bu gün Azərbaycan Premyer Liqasında 10-cu tura start verilib.
Azvision.az xəbər verir ki, turun açılış matçında lider "Qarabağ" əzəli rəqibi "Neftçi" ilə qarşılaşıb. “Bakcell Arena”da keçirilən mərkəzi görüşdə qalib müəyyənləşməyib. Oyun qolsuz heç-heçə ilə başa çatıb.

Bu görüşdən sonra xallarının sayını 26-ya çatdıran Ağdam klubu turnir cədvəlində liderliyini qoruyub, "Neftçi" isə 18 xalla ikinci yerdə qərarlaşıb.

Azvision.az



Teqlər: Qarabağ   Neftçi   Premyer-Liqa  





Xəbər lenti