Mikayıl Cabbarov məktəblərdə "Fondpulu"nu ləğv etdi

Mikayıl Cabbarov məktəblərdə "Fondpulu"nu ləğv etdi
  13 Dekabr 2013    Oxunub:1650
Məktəblərə “Təsərrüfat məqsədləri üçün plastik kartlar”ın verilməsinə başlanılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəblərinin direktorlarına təsərrüfat məqsədləri üçün 2013 – cü ilin dekabr ayından etibarən avans şəklində müvafiq aylıq vəsaitlərin ödənilməsinə başlanılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorundan AzVision.az-a verilən məlumata görə, aylıq avans məbləğlərinin həcmi şagirdlərinin sayı 1000 nəfərədək olan məktəblərdə 400, şagirdlərinin sayı 1000 – 1300 nəfər olan məktəblərdə 500, şagirdlərinin sayı 1300 nəfərdən çox olan məktəblərdə 600 manat müəyyən edilib. Aylıq vəsaitlər direktorlar tərəfindən məktəblərin təcili həlli tələb olunan mal, iş və xidmətlərin alınmasına sərf ediləcək və bu barədə hər ay Bakı Şəhəri üzrə Təhsil İdarəsinə hesabat veriləcək.

Qeyd edək ki, ödəniş Təhsil Nazirliyinin “Təsərrüfat məqsədləri üçün plastik kartların tətbiqi barədə” müvafiq əmrinə əsasən məktəb direktorlarının bu məqsəd üçün açılmış plastik kart hesablarına köçürüləcək.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti