Şəhriyar və Teymur reytinq cədvəlində irəlilədi

  01 Noyabr 2019    Oxunub : 1190
Şəhriyar və Teymur reytinq cədvəlində irəlilədi
Beynəlxalq Şahmat Federasiyası (FIDE) noyabr ayı üçün reytinq siyahısını açıqlayıb.
Azvision.az xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov siyahıda iki pillə irəliləyərək 5-ci yerdə qərarlaşıb, Teymur Rəcəbov isə 9-cu olub.

Kişi şahmatçılar arasında ilk üçlük dəyişməz qalıb. Belə ki, dünya çempionu, norveçli Maqnus Karlsen birinci yerdədir. Amerikalı Fabiano Karuana və çinli Dinq Liren sonrakı yerləri bölüşüblər.

Azvision.az


Teqlər: Şahmat