“Apple TV+” istifadəyə verilib

“Apple TV+” istifadəyə verilib
  02 Noyabr 2019    Oxunub:4092
“Apple” şirkəti bu gün yeni məhsulunu istifadəyə verib.
Azvision.az xəbər verir ki, “Apple” artıq “Apple TV+” striminq platformasını işə salıb. “Apple TV+” xidməti “Netflix”, “Disney TV” və bu kimi xidmətlərlə rəqabət üçün hazırlanıb. Platforma istifadəçilərə yeddi günlük test imkanı yaradıb. Bu müddət bitdikdən sonra abunə pullu olacaq - aylıq 4.99 ABŞ dollar.

Aşağıda qeyd olunan cihazlarda “Apple TV+” xidmətindən istifadə etmək mümkün olacaq:
- iOS və ya iPadOS-un son versiyasına sahib olan iPhone, iPad və ya iPod touch
- tvOS-un son versiyasına sahib olan Apple TV 4K və ya Apple TV HD
- Üçüncü nəsil Apple TV
- Apple TV tətbiqini dəstəkləyən hər hansısa Smart TV
- MacOS-un son versiyasına sahib olan bir Mac

Həmçinin Safari, Firefox və ya Chrome brauzerindən tv.apple.com saytına daxil olaraq da “Apple TV+” xidmətindən istifadə etmək mümkün olacaq.

“Apple TV+” istifadəçiləri filmləri 4K HDR keyfiyyət və Dolby atmosterdə izləyə biləcəklər. Həmçinin internet bağlantısı olmadan da film izləmək istəyənlər üçün əlavə edilmiş oflayn funksiya da var. Belə ki, istifadəçilər iPhone, iPad, iPod touch və Mac cihazlarında internet olmadan da film və film epizodlarını izləmək üçün onları öncədən yükləyə biləcəklər.

Azvision.az


Teqlər: Apple  





Xəbər lenti