Güləşçimiz erməni rəqibini məğlub edib

Güləşçimiz erməni rəqibini məğlub edib
  02 Noyabr 2019    Oxunub:1520
Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək güləşçilər arasında dünya çempionatı davam edir.
Azvision.az xəbər verir ki, bu gün Azərbaycan təmsilçisi Namaz Rüstəmov ilk görüşünə çıxıb. 67 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçi təsnifat mərhələsində Rusiyanı təmsil edən erməni rəqiblə üz-üzə gəlib.

N.Rüstəmov görüşdə geridə olsa da, əzmkarlıq göstərərək hesabı 5:5 edib. Beləliklə, idmançımız sonuncu xal prinsipinə əsasən qələbə qazanıb.

Azvision.az



Teqlər: Güləş  





Xəbər lenti