Qadın şahmatçılarımız Ermənistanı mat etdi - 27 ildən sonra böyük uğur

Qadın şahmatçılarımız Ermənistanı mat etdi -  27 ildən sonra böyük uğur
  02 Noyabr 2019    Oxunub:9961
Batumidə keçirilən Avropa çempionatında qadın şahmatçılarımız böyük uğura imza atıblar.
Azvision.az xəbər verir ki, son turda Ermənistan yığması ilə mübarizə aparan şahmatçılarımız Günay Məmmədzadə Lilit Mkrtçyanı, Ülviyyə Fətəliyeva Mariya Gevorqyanı məğlub ediblər. Xanım Balacayeva Elina Danielyan, Gülnar Məmmədova isə Anna Sarqsyanla xalı yarı bölüblər.

Ümumilikdə görüş Azərbaycan millisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bununla da, Azərbaycanın qadınlardan ibarət yığması 27 ildən sonra Avropa çempionatında üçüncü yerə layiq görülüb.

Azvision.az



Teqlər: Qadın   Şahmat  





Xəbər lenti