İsa Qəmbər Milli Şuradan çıxacaq?

İsa Qəmbər Milli Şuradan çıxacaq?
  13 Dekabr 2013    Oxunub:1095
İsa Qəmbər Milli Şuradan çıxmaq üçün danışıqlara başlayır.
Bu gün Müsavat Partiyasının rəhbərliyii lə AXCP rəsmiləri arasında görüş keçiriləcək.

Bu barədə AzVision.az-a məlumat verən Müsavat yetkilisi Arif Hacılı görüşün əsas məqsədinin müxalifətlə yeni danışıqların aparılması ilə əlaqədar olduğunu deyib.

“Müsavat partiyası Divanının qərarına əsasən, müxalifətdə olan siyasi qüvvələrlə məsləhətləşmələrə başlayırıq. İlk görüşümüz bu gün saat 15-00 da AXCP ilə həmin partiyanın yeni qərargahında olacaq”.

Milli Şuradakı mənbələrdən isə bildirilir ki, Müsavatın bu görüşü partiyasının Milli Şuradan çıxmaq istəyi ilə əlaqədardır. Son günlər Milli Şurada olan bəzi qüvvələrlə yola getməyən müsavatçılar bu qurumdan uzaq olmaq üçün məsləhətləşmələr aparmaq istəyir.

İlk görüşün isə AXCP rəhbərliyi ilə keçirilməsi təsadüfü deyil. Müsavat öz qərarını Əli Kərimli ilə danışıqlardan sonra verəcək. Ola bilsin ki, Müsavat partiyası Milli Şuradan çıxaraq öz fəaliyyətini yenidən İctimai Palata çərçivəsində davam etdirsin.

AzVision.az


Teqlər:





Xəbər lenti