Azərbaycan idmançısı beynəlxalq turnirin qalibi olub

  02 Noyabr 2019    Oxunub : 1255
Azərbaycan idmançısı beynəlxalq turnirin qalibi olub
Belarusun Qrodno şəhərində ikiqat Olimpiya çempionu Aleksandr Kurloviçin xatirəsinə həsr olunmuş ağır atletika üzrə nüfuzlu beynəlxalq “Alexander Cup” turniri keçirilir.
Azvision.az Azərbaycan Ağır Atletika Federasiyasına istinadən xəbər verir ki, Tokio Yay Olimpiya Oyunlarına gümüş səviyyəli lisenziya xarakterli olan yarışda 18 ölkədən 80 atlet medallar uğrunda mübarizə aparır. Onların arasında Azərbaycan yığma komandasının üzvləri də var.

Ölkəmizi qadınlarda Boyanka Kostova, kişilərdə isə Nailxan Nəbiyev təmsil edir.

İlk yarış günündə Boyanka Kostova 59 kiloqram çəki dərəcəsində qüvvəsini sınayıb. Atletimiz birdən və təkanla ağır qaldırmada toplam 215 kiloqram (95+120) nəticə göstərərək turnirin qalibi olub.

Azvision.az

Teqlər: Yarış   Atlet