Cüdoçumuz Avstraliyada gümüş medal qazanıb

  03 Noyabr 2019    Oxunub : 540
Cüdoçumuz Avstraliyada gümüş medal qazanıb
Avstraliyanın Pert şəhərində cüdo üzrə Okeniya açıq turnirinə start verilib. Beynəlxalq yarışın ilk günü cüdoçumuz Nicat Şıxəlizadə gümüş medala sahib olub.
Azvision.az xəbər verir ki, 66 kq çəki dərəcəsində mübarizə aparan Nicat Böyük Britaniya, Avstraliya, Braziliya və Almaniya cüdoçularına qalib gələrək finala çıxıb. Həlledici görüşdə ispaniyalı Martin Qaiteroya məğlub olan Şıxəlizadə "Okeaniya Open" turnirində 2-ci yeri tutub.

Qeyd edək ki, Avstraliyada 66 ölkədən 310 cüdoçu mübarizə aparır. Ölkəmiz beynəlxalq yarışda 9 cüdoçu ilə təmsil olunur. Tokio Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan Okeaniya açıq turnirində gümüş medal qazanan Nicat Şıxəlizadə aktivinə daha 500 xal yazdırıb.

Azvision.az

Teqlər: Cüdo   Avstraliya   Medal