Naxçıvan şahmatçıları Qırğızıstan yığması ilə heç-heçə edib

  03 Noyabr 2019    Oxunub : 472
Naxçıvan şahmatçıları Qırğızıstan yığması ilə heç-heçə edib
Türkiyənin Çorum şəhərində 16 yaşlılar arasında təşkil edilən şahmat olimpiadasının altıncı turunun oyunları keçirilib.
Azvision.az xəbər verir ki, olimpiadada ölkəmizi təmsil edən 16 yaşadək şahmatçılardan ibarət əsas yığmamız – “Azərbaycan” komandası Qazaxıstan yığmasını 2,5:1,5 hesabla məğlub edərək liderlər qrupunda mövqeyini qoruyub.

“Azərbaycan-Naxçıvan” yığmasının Qırğızıstan şahmatçıları ilə mübarizəsi isə heç-heçə başa çatıb.

Azvision.az

Teqlər: Şahmat