“Fənərbağça” autsayderə uduzdu

“Fənərbağça” autsayderə uduzdu
  04 Noyabr 2019    Oxunub:1251
Türkiyə Super Liqasında X turun oyunları davam edir.
Azvision.az xəbər verir ki, bu gün 3 görüş keçirilib. Çempionluğa iddialı olan “Fənərbağça” klubu səfərdə autsayder “Kayserispor”un qonağı olub. Gərgin idman mübarizəsi şəraitində keçən görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsilə yekunlaşıb.

Bu məğlubiyyətdən sonra “Fənərbağça” 17 xalla turnir cədvəlində 4-cü yerdə qərarlaşıb, “Kayserispor” isə 7 xalla 18-ci sıradadır.

Azvision.az



Teqlər: Fənərbağxa   Türkiyə  





Xəbər lenti